[b]Misir prezidenti: “Yanacağa qənaət etmək üçün velosipedlə hərəkət edin”[/b]
14 iyun 2014 07:43 (UTC +04:00)

[b]Misir prezidenti: “Yanacağa qənaət etmək üçün velosipedlə hərəkət edin”[/b]

0

Misirin prezidenti Əbdülfəttah əs-Sisi iyunun 13-də ölkədə keçirilən velosiped marafonunda iştirak edib.

 

Lent.az-ın “nyusru”-ya istinadən məlumatına görə, bu tədbiri keçirməkdə məqsəd avtomobil yanacağına qənaət etməkdir.

 

Əs-Sisi, müdafiə naziri Sidki Sübhi, baş nazir İbrahim Məhlab velosipedçilərin 20 km-lik karvanına başçılıq edib.

 

Mənbə bildirib ki, dövlətin subsidiyaları hesabına avtomobil yanacağı dünya üzrə ən ucuz Misirdədir.

 

Vətəndaşlara müraciət edən əs-Sisi deyib ki, hər misirli avtomobillə 20 km yol qət edərkən 12  Misir funtu xərcləyir, onun 4 funtunu özü, 8-ni isə dövlət ödəyir.

 

Məlumatlara əsasən, cari il dövlət çeşidli növ yanacağa 24 milyard dollar subsidiya verib. Bu isə dövlət büdcəsinin 20 faizidir.

 

Prezident şəxsi nümunəsi ilə misirliləri velosiped və piyada hərəkət etməyə çağırıb.    

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1028

Oxşar yazılar