[b]Məscid-i Aksanın və Məhd kilsəsinin işıqları söndürüldü - QÜDSDƏ QARANLIQ[/b]
07 dekabr 2017 11:12 (UTC +04:00)

[b]Məscid-i Aksanın və Məhd kilsəsinin işıqları söndürüldü - QÜDSDƏ QARANLIQ[/b]

0

 

 

ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımaq qərarı ilə eyni anda Şərqi qüdsdəki Məscid-i Aksanın və xristian inancına görə Həzrəti İsanın anadan olduğu yer sayılan İordan çayının qərb sahilindəki Məhd Kilsəsi meydanındakı Noel ağacının işıqları söndürülüb.

 

Lent.az Anadolu agentliyinə istinadla xəbər verir ki, Məscid-i Aksanın işıqlarının söndürülməsi ilə bağlı Qüds İslam Vəqfləri İdarəsindən heç bir açıqlama verilməyib.

 

Qeyd edək ki, Məscid-i Aksa müsəlmanların üçüncü müqəddəs ibadət yeri kimi qəbul edilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 385

Oxşar yazılar