<b>İslam Kərimov Səmərqənddə dəfn ediləcək</b> - <span style="color:red;"><b>Özbəkistan hökumət</b>i
02 sentyabr 2016 21:12 (UTC +04:00)

İslam Kərimov Səmərqənddə dəfn ediləcək - Özbəkistan hökuməti

0

Özbəkistan prezidenti İslam Kərimov 78 yaşında vəfat edib.

 

APA-nın məlumatına görə, bu barədə Özbəkistan hökuməti və parlamentinin yaydığı rəsmi məlumatda deyilir.

 

İslam Kərimovun dəfn mərasimi sentyabrın 3-də Səmərqənddə baş tutacaq. Prezidentin vəfatı ilə əlaqədar ölkədə 3 günlük matəm elan ediləcək.

 

İslam Abduqəni oğlu Kərimov 1938-ci ildə Səmərqənddə anadan olub. O, 1989-cu ildən Özbəkistana rəhbərlik edirdi.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 371

Oxşar yazılar