[b]Futbolçunu meydançada güllələyib öldürdülər[/b]
17 sentyabr 2017 10:50 (UTC +04:00)

[b]Futbolçunu meydançada güllələyib öldürdülər[/b]

0

Çernoqoriyanın futbol çempionatında çıxış edən komandanın qapıçısı güllələnib. Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, dünən yerlə vaxtla saat 19:30-da "Vokel" futbol klubunun qapıçısı Qoran Lenats naməlum şəxs tərəfindən güllələnərək öldürülüb.

 

Bildirilir ki, qatil əvvəlcə havaya atəş açıb və ətrafındakı insanların qaçmasına şərait yaradıb. O, daha sonra meydançaya daxil olaraq qapıçıya atəş açıb. 33 yaşlı futbolçu xəstəxanada keçinib. Qatil isə qaçıb.

 

Hazırda onun tutulması üçün axtarış tədbirləri həyata keçirilir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 450

Oxşar yazılar