Türkiyənin turizm mərkəzlərindən olan Muğla vilayəti ərazisində, Muğla-Marmaris avtomobil yolunda ağır qəza baş verib.
APA-nın “Hürriyet”ə istinadən verdiyi məlumata görə, avtobusun yoldan çıxaraq aşması nəticəsində 17 nəfər ölüb, 13 nəfər yaralanıb. Ölənlər arasında xarici ölkə vətəndaşların olub-olmadığı hələlik məlum deyil.
Hadisə yerinə çoxlu sayda ambulans, yanğınsöndürənlər və xilasedicilər göndərilib.