<b>Çində zəlzələ</b> - <span style="color:red;"><b>ölənlər var</b>  - YENİLƏNİB
11 may 2017 05:09 (UTC +04:00)

Çində zəlzələ - ölənlər var - YENİLƏNİB

0

Çinin Sincan Uyğur Muxtar Rayonunda baş verən zəlzələ nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb.

 

APA-nın “Sinxua” agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl 4 nəfərin öldüyü bildirilirdi.

 

Yerli vaxtla saat 01:00-da qeydə alınan zəlzələnin episentri Taşkurqan rayonunda, ocağı isə 8 km dərinlikdə yerləşib. 

 

***

 

Çində 5,5 bal gücündə zəlzələ baş verib.

 

APA-nın “Sinxua” agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanlar Sincan Uyğur Muxtar Rayonunda qeydə alınıb.

 

Hadisə nəticəsində 4 nəfər ölüb, yaralıların sayı dəqiqləşdirilir. İlkin məlumata əsasən, zəlzələ dağıntılara səbəb olub. Ayrı-ayrı yerlərdə evlərin divarlarında çatlar yaranıb. Bəzi evlərin divarları uçub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 398

Oxşar yazılar