<b>Berlində naməlum şəxs yük maşınını kütlənin üzərinə sürdü </b>- <span style="color:red;">12 ölü, 48 yaralı  - <span style="color:red;">YENİLƏNİB
20 dekabr 2016 05:12 (UTC +04:00)

Berlində naməlum şəxs yük maşınını kütlənin üzərinə sürdü - 12 ölü, 48 yaralı - YENİLƏNİB

0

Berlində naməlum şəxsin yük maşınını insanların üzərinə sürməsi nəticəsində ölənlərin sayı 12-yə çatıb

 

Berlində naməlum şəxsin yük maşınını insanların üzərinə sürməsi nəticəsində ölənlərin sayı 12-yə çatıb, 48 nəfər yaralanıb

 

APA-nın məlumatına görə, bu barədə Almaniya paytaxtının polisi özünün “Tvitter” hesabında” yazıb.

 

Bundan əvvəl 9 nəfərin öldüyü, 48 nəfərin yaralandığı bildirilirdi.

 

Yük maşınının sürücüsü saxlanılıb, onunla birlikdə olan şəxs ölüb. Bununla belə Berlin polisi terror aktı versiyasını təsdiqləməyib. Cinayətkarların şəxsiyyəti haqqında heç bir məlumat verilmir.

 

***

 

Berlində naməlum şəxs yük maşını ilə insanları vurub.

 

APA-nın xəbərinə görə, bu barədə Berlin polisi özünün Tvitter hesabında yazıb.

 

İnsident nəticəsində 9 nəfər ölüb, 50 nəfər xəsarət alıb. Hadisə Yeni il yarmarkasında baş verib.

 

Hadisə yerində polis və yanğınsöndürənlər işləyir. İlkin məlumata görə, yük maşınında iki nəfər olub. Onlardan biri saxlanılıb, digəri isə ölüb. Hadisənin terror aktı olduğu ehtimal edilir.  Berlin polisi sakinləri evdən çıxmamağa çağırıb. 

 

***

 

Almaniyanın paytaxtı Berlində terror hadisəsi baş verib.

 

APA-nın NTV-yə istinadən verdiyi məlumata görə, hadisə Yeni il yarmarkasında baş verib.

 

İlkin məlumata görə, hadisə nəticəsində 9 nəfər ölüb, xeyli yaralı var. 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 362

Oxşar yazılar