<b>ABŞ-da hərbi təyyarə qəzaya uğradı</b> - <span style="color:red;"><b>16 ölü</b>  - <span style="color:red;">YENİLƏNİB
11 iyul 2017 07:14 (UTC +04:00)

ABŞ-da hərbi təyyarə qəzaya uğradı - 16 ölü - YENİLƏNİB

0

ABŞ-ın Missisipi ştatında C-130 hərbi nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 16-ya çatıb.

 

APA-nın məlumatına görə, bu barədə “Mississippi News” telekanalı xəbər verib.

 

Bundan əvvəl 4 nəfərin öldüyü, təyyarədə 8 ekipaj üzvünün olduğu bildirilirdi.

 

Qəzadan sonra hadisə yerində güclü yanğın başlayıb. Təyyarənin göyərtəsində silah-sursatın olması yanğınsöndürənlərin işinə əlavə maneə yaradır. Qəzanın səbəbləri barədə hələ ki, məlumat verilmir.

 

 

***

 

ABŞ-ın Missisipi ştatında C-130 hərbi nəqliyyat təyyarəsi qəzaya uğrayıb.

 

APA-nın məlumatına görə, bu barədə “Mississippi News” telekanalı xəbər verib.

 

Qəza nəticəsində azı 4 nəfər ölüb. Məlumata əsasən, təyyarənin göyərtəsində 8 nəfər olub.

 

Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib. İnsidentin səbəbləri hələ ki, məlum deyil. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 369

Oxşar yazılar