<b>2745 hakim vəzifədən kənarlaşdırılır - <span style="color:red;">Türkiyədə </b>
16 iyul 2016 16:31 (UTC +04:00)

2745 hakim vəzifədən kənarlaşdırılır - Türkiyədə

0

Türkiyənin məhkəmə-hüquq sistemində çalışan və FETÖ (fətullahçı terror təşkilatı) mənsubu olduğu bildirilən şəxslərin kütləvi şəkildə işdən çıxarılmasına və həbsinə başlanıb.

 

APA-nın “milliyet.com.tr” saytına istinadən verdiyi xəbərə görə, Türkiyənin Məhkəmə-Hüquq Şurası (Hakimlər ve Savcılar Yüksek Kurulu) 2 min 745 hakimin vəzifədən kənarlaşdırılması haqqında qərar qəbul edib. Şuranın özünün isə 5 üzvünün səlahiyyətlərinə xitam verilib.

 

Türkiyədə dövlət idarələri arasındakı mübahisələrə baxan və qanun, qərar layihələrinə rəy verən məhkəmə orqanı – Danıştayın isə 5 üzvü həbs edilib, qurumun daha 4 üzvü yazılı həbs sanksiyası olmadığı üçün qərara tabe olmayacağını bildirib.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 409

Oxşar yazılar