"ABŞ və İsrail İranın daxili işlərinə qarışır" - Ərdoğan
05 yanvar 2018 12:36 (UTC +04:00)

"ABŞ və İsrail İranın daxili işlərinə qarışır" - Ərdoğan

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ və İsrail başda olmaqla, bir sıra ölkələrin İran və Pakistanın daxili işlərinə qarışmasının düzgün olmadığını bəyan edib.

 

APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, R. T. Ərdoğan deyib ki, İraqSuriya, Liviya, Tunis, Sudan və Çad nümunəsi bu yanaşmanın səhv olduğunu ortaya qoyub.

 

Türkiyə prezidenti qeyd edib ki, qarışıqlıq yaradılan ölkələrin hamısı İslam ölkəsidir: “Bu ölkələrdə zəngin yeraltı sərvətlər var, bu sərvətləri ələ keçirmək üçün addımlar atırlar. Bu həqiqəti Türkiyə xalqı və bütün digər xalqların bilməsi lazımdır. Buna görə də baş verən proseslərə baxışların dəyişməsi gərəkdir. Birilərini yalnız qoymaq istəyənlərin özləri yalnız qalacaq”.

 

R. T. Ərdoğan İran prezidenti Həsən Ruhani ilə telefonla danışdığını və H. Ruhaninin həftə sonuna qədər proseslərin normallaşacağını bildirdiyini açıqlayıb:  “Artıq dünəndən İranda proseslər normallaşmağa başlayıb. Həsən Ruhaninin aksiyaların İran xalqının demokratik haqları ilə bağlı olduğu barədə bəyanatı prosesləri yumşaldıb”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 270
avatar

APA Baycan

Oxşar yazılar