“Sultanəhməddə partlayışı suriyalı kamikadze törədib” - <span style="color:red;">Ərdoğan
12 yanvar 2016 16:01 (UTC +04:00)

“Sultanəhməddə partlayışı suriyalı kamikadze törədib” - Ərdoğan

0

Türkiyə prezidenti Rəəcəb Tayyib Ərdoğan İstanbul şəhərindəki Sultanəhməd Meydanında partlayışı törədənin kimliyini açıqlayıb. 
 
 

APA-nın NTV-yə istinadən xəbərinə görə, Türkiyənin müxtəlif ölkələrdəki səfirləri ilə keçirdiyi görüşdə çıxış edən Ərdoğan deyib ki, partlayışı suriyalı kamikadze törədib. O, hadisə nəticəsində 10 nəfərin öldüyünü, 15 nəfərinsə xəsarət aldığını bildirib: “Yaxın saatlarda hadisə ilə bağlı rəsmi açıqlama yayılacaq. Bizim üçün İŞİD, PKK və digər terror təşkilatlarının fərqi yoxdur. Bölgədə fəaliyyət göstərən bütün terror təşkilatlarının hədəfi Türkiyədir”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 419

Oxşar yazılar