“Xəzərin statusu ilə bağlı İranın mövqeyində heç bir dəyişiklik yoxdur” – <span style="color:red;">AÇIQLAMA
22 aprel 2014 11:34 (UTC +04:00)

“Xəzərin statusu ilə bağlı İranın mövqeyində heç bir dəyişiklik yoxdur” – AÇIQLAMA

0

“Xəzərin statusu ilə bağlı İranın mövqeyində heç bir dəyişiklik yoxdur” – AÇIQLAMA

 

 “Xəzər dənizinin statusu ilə bağlı İranın mövqeyində heç bir dəyişiklik yoxdur və hesab edirik ki, heç bir dəyişikliyə də ehtiyac yoxdur”.


 

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu azərbaycanlı jurnalistlərə açıqlamasında İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib.

 

Xəzəryanı ölkələrin XİN rəhbərlərinin görüşündə iştirak etmək üçün Rusiyaya səfər edən iranlı nazir bildirib ki, Xəzərin hüquqi statusu ilə bağlı məsələ beş Xəzəryanı dövlətin mənafeyi nəzərə alınmaqla həllini tapmalıdır: “Xəzər əməkdaşlıq dənizi olmalıdır”.

 

Azərbaycan prezidenti İlham Əliyevin İrana səfərini xatırladan nazir prezidentlərin Tehranda keçirdiyi görüşlərdə bir sıra məsələlərin, o cümlədən Xəzərin hüquqi statusunun da müzakirə olunduğunu söyləyib: "Müzakirələr çox məhsuldar keçdi. Ümid edirik ki, iki ölkə arasında məhsuldar əməkdaşlıq davam edəcək"

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 558

Oxşar yazılar