ABŞ-ın Kolorado ştatında 98 il azadlıqdan məhrum edilmiş kişini səhvən 90 il tez sərbəst buraxıblar.
Lent.az-ın “gazeta.ru”-ya istinadən məlumatına görə, bu xəbəri ABŞ-ın “Sky News” telekanalı yayıb.
Məlumata əsasən, 2000-ci ildə silahlı qarətə görə ona 98 il iş kəsilib. 2008-ci ildə həbsxananın katibi onun göstəricilərini səhvən 2008-ci ildə azad olunacaq məhbusların bazasına daxil edib.
35 yaşlı məhbus həbsdən çıxdıqdan sonra evlənib, bir oğlu da olub.
Yerli hakimiyyət onun həbsxanaya qaytarılması haqda qərar qəbul edib.