Hindistanda 5 dərəcə şaxta 31 nəfərin ölümünə səbəb olub. Lent.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, adıçəkilən ölkənin cənubunda Uttar Prades ştatında 3 gündür davam edən şaxtalı hava həyatı iflic edib.
Adıçəkilən ştatda məktəblər dekabrın 28-dək bağlanıb. Meteorologiya Xidmətindən verilən məlumatda qeyd olunur ki, soyuq hava şəraiti davam edəcək.