İki azyaşlı evdə  diri-diri yandı
06 dekabr 2022 23:46 (UTC +04:00)

İki azyaşlı evdə diri-diri yandı

Rusiyanın Rostov vilayətinin Baqaevski rayonunda evdə baş verən yanğında iki azyaşlı ölüb.

Lent.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin regional idarəsi məlumat yayıb.

“Saat 21:01-də dağıntılar təmizlənərkən iki uşağın meyiti aşkar edilib. Onlar 3 yaşlı oğlan və 5 yaşlı  qızdır”, - nazirliyin mətbuat xidmətindən bildirilib.

Yanğın baş verən vaxt uşaqlar evdə nəzarətsiz olub.

 

# 2316
avatar

Oxşar yazılar