Ərdoğan Zelenski ilə görüşdü - FOTO  + VİDEO
18 avqust 2022 16:41 (UTC +04:00)

Ərdoğan Zelenski ilə görüşdü - FOTO + VİDEO

Lvov şəhərində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukraynanın dövlət başçısı Vladimir Zelenski arasında görüş başlayıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, daha sonra Ərdoğan BMT-nin baş katibi Antonio Quterreşlə görüşəcək.

Məlumata görə, Ərdoğan Zelenskiyə Rusiya prezidenti Vladimir Putinlə görüşməyi və atəşkəs təklif edəcək. Bundan başqa, müharibənin deskalasiya imkanları, gəmilərin Ukrayna limanlarından Qara dənizə hərəkəti, ərzaq və taxıl ixracı, eləcə də Zaporodje AES ətrafında vəziyyətin müzakirə olunacağı gözlənilir.

# 6069
avatar

Oxşar yazılar