ABŞ Prezidenti Co Bayden və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan
28 oktyabr 2021 03:23 (UTC +04:00)

ABŞ Prezidenti Co Bayden və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan

Ərdoğan Baydenlə görüşəcək? - Ağ Ev hələlik susur: "F-35"lər YENİDƏN GÜNDƏMDƏ

“ABŞ administrasiyası hələlik ABŞ Prezidenti Co Baydenlə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın Qlazqoda görüşəcəyini təsdiqləyə bilmir”.

APA-nın məlumatına görə, bunu Ağ Evin sözçüsü Cen Psaki çərşənbə günü keçirdiyi növbəti brifinqdə Bayden və Ərdoğanın Şotlandiyanın Qlazqo şəhərində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP-26) 26-cı Tərəflər Konfransı çərçivəsində görüşün planlaşdırıb-planlaşdırmaması ilə bağlı sualı cavablandırarkən bildirib.

“Gözləyirəm, yaxın bir-iki gün ərzində ikitərəfli görüş haqqında daha çox məlumatımız olacaq. Amma hazırda görüşlə bağlı heç nə təsdiq edə bilmərəm”, deyə Ağ Ev sözçüsü vurğulayıb.

Qeyd edək ki, “Anadolu”nun yaydığı məlumata görə, Ərdoğan çərşənbə günü jurnalistlərə bildirib ki, Qlazqoda Baydenlə gözlənilən danışıqların əsas mövzusu beşinci nəsil “F-35” qırıcıları ilə bağlı vəziyyət olacaq. 

“Görünür, Roma və Qlazqoda gündəm dəyişib. Çox güman ki, görüşümüz Romada deyil, Qlazqoda baş tutacaq. Və burada təbii ki, ən vacib mövzu “F-35”lə bağlı vəziyyət olacaq”, Türkiyə prezidenti aşıqlayıb.
 
Xatırladaq ki, oktyabrın ortalarında Türkiyənin müdafiə sənayesinin rəhbəri İsmayıl Dəmir bildirmişdi ki, Ankara amerikalı qırıcıların tədarükü ilə bağlı Vaşinqtonla razılığa gələ bilməsə, respublika hələ də Rusiyanın “Su-35” və “Su-57” təyyarələrini almaq imkanını nəzərdən keçirməyə hazırdır.

# 5961
avatar

Oxşar yazılar