Yayın dəbli ətək modelləri və markaları  AÇIQLANDI
23 iyun 2022 15:39 (UTC +04:00)

Yayın dəbli ətək modelləri və markaları AÇIQLANDI

Dünyaca məşhur stilist Elis Keri yayın trend ətək markalarını açıqlayıb. 

Lent.az  xəbər verir ki, bu barədə məlumat “Vogue” jurnalında dərc olunub. 

Məlumata görə, bu yayın əsas trendi tennis ətəkləridir.  

Stilistin sözlərinə görə, sözügedən ətəklərə tələbat əvvəlki aylarla müqayisədə 36 faiz artıb. 

Bu cür geyimləri “Alo Yoga”, “Girlfriend Collective”, “Marysia”, “Lacoste” və “Lululemon” kimi brendlərin yeni kolleksiyalarında tapa bilərsiniz. 

Bununla yanaşı, həmçinin zolaqlarla bəzədilmiş qatlı “Gucci” və “Adidas” ətək modelləri də çox geyinilənlər arasındadır. Onları qəhvəyi rəngli kəmərlə tamamlaya bilərsiniz. 

Ağ rəngli “Miu Miu” mini ətəklərini də unutmamaq lazımdır. Çünki onlar da bu yayın vazkeçilməz geyimlərindəndir. 

Adidas

Adidas

L'ETOILE

Lacoste

Miu Miu


 

# 2760
avatar

Sevinc Fərid

Oxşar yazılar