Makiyajla yatanların DİQQƏTİNƏ: həkimdən XƏBƏRDARLIQ
04 fevral 2023 19:01 (UTC +04:00)

Makiyajla yatanların DİQQƏTİNƏ: həkimdən XƏBƏRDARLIQ

Qadınların əksəriyyəti hər gün evdən çıxarkən makiyaj vururlar.

Lent.az xəbər verir ki, kosmetoloqlar və dəri həkimləri evə qayıtdıqdan sonra dərhal makiyajı təmizləməyi məsləhət görürlər. Onların sözlərinə görə, makiyaj təmizlənməsə, dəridə sızanaqlar və qara nöqtələr meydana gələcək:

"Bəzi xanımlar gecə makiyajla yatır. Bu isə dəridəki məsamələrin tıxanmasına səbəb olur. Nəticədə dəridə sızanaqlar və qara nöqtələr yaranır. Əksəriyyət elə zənn edir ki, həmin sızanaqları sıxmaqla ondan qurtulacaqlar. Sıxmaqla sızanaqlarda qurtulmaq mümkün deyil. Bu əksinə onların yayılmasına gətirib çıxarır".

# 2544
avatar

Oxşar yazılar