Erkən yaşda saç ağarmasının qarşısını almağın 4 YOLU
22 fevral 2023 12:58 (UTC +04:00)

Erkən yaşda saç ağarmasının qarşısını almağın 4 YOLU

Saçların erkən ağarması bir çox insanın qorxulu yuxusuna çevrilib. Təbii ki, bu vəziyyətin qarşısını almaq üçün ilk üstünlük verilən üsul saçların rənglənməsidir. Ancaq saç boyalarının tərkibindəki kimyəvi maddələrdən qorxanlar daha təbii üsullara əl atırlar.

Bəs, saçların erkən ağarmasının qarşısını almaq üçün hansı məqamlara diqqət yetirilməlidir? 

Lent.az xarici KİV-ə istinadən saçların erkən ağarmasına səbəb olan əsas məqamları təqdim edir:

1. Kalsiumla zəngin pəhriz yeməkləri

Gündəlik həyatda kifayət qədər kalsium ehtiva edən qidaların qəbulu sümüklər və əzələlər üçün həyati əhəmiyyət daşıyır. Kalsium saçların ağarmasından da qoruyur. Gündə 200 mq kalsium qəbul etməklə həm saçların ağarmasının qarşısını ala, həm də kalsium tərkibli qidalardan yararlanaraq daha sağlam həyata addım ata bilərsiniz.

2. Stressdən uzaq bir həyat

Stress sağlamlığa mənfi təsir edən amillərdəndir. Bir çox sağlamlıq probleminin təməlində dayanan stress, saç piqmentlərinə də böyük ziyan vurur. Bunun qarşısını almaq üçün stresinizi düzgün idarə etməklə başlaya bilərsiniz. Özünüzü rahatlaşdırmaq üçün müxtəlif meditasiya üsullarını sınamağınız tövsiyə olunur. Bununla da saçlarınızı ağarmaqdan qoruya bilərsiniz.

3. Keyfiyyətli protein ehtiva edən qidalardan istifadə

Sağlam bədənə sahib olmaq üçün balanslaşdırılmış qidalanma da çox vacibdir. Keyfiyyətli zülal qəbulunu artırmaqla saç, dırnaq və dərinizin əvvəlkindən daha sağlam görünməsi mümkündür. Pəhrizinizə ət, süd və yumurta kimi zülalla zəngin qidaları daxil edərək ağarmış saçlara “dayan” deyə bilərsiniz.

4. Bədəndəki dəmir çatışmazlığının aradan qaldırılması

Saçlarınız erkən yaşda ağarmağa başlayıbsa, bu, dəmir çatışmazlığının göstəricisi ola bilər. Dəmir qan hüceyrələrinin oksigeni bütün bədənə daşımasında mühüm rol oynayır. Sağlamlığa birbaşa təsir edən bu çatışmazlıq nəzarət altına alınmazsa, immunitetin zəifləməsinə və nəticədə bir çox xəstəliklərin yaranmasına səbəb olur.

Dəmir səviyyənizi nəzarət altında saxlamaq üçün qida rasionunuza qırmızı ətin daxil edilməsi faydalıdır.

# 5769
avatar

Fidan İlqar

Oxşar yazılar