2023-cü ildə dəbdə olacaq  saç kəsimləri   - FOTO
19 yanvar 2023 13:36 (UTC +04:00)

2023-cü ildə dəbdə olacaq saç kəsimləri - FOTO

2023-cü ilin saç trendləri açıqlanıb.

Lent.az xəbər verir ki, bu il ən çox kəpənək və “wolf” saç kəsimi dəbdə olacaq.

Həmçinin, aktual saç kəsimləri arasında qısa “bob” modelləri də var. Bu model əsasən çənəyə qədər kəsilir və üz cizgilərini önə çıxarır. Amma kəsimin ən yaxşı tərəfi isə onun çox baxım tələb etməməsidir.

Yox, əgər saçlarınızı qısa istəmirsinizsə bu zaman kəpənək saç düzümü tam sizlikdir. Saç üzərindəki qatlar üzü müəyyən bir formaya salır və bu da saçlarınızın həm həcmli, həm də cəlbedici görünməsinə səbəb olur.

Uzun qatlı saçlar heç vaxt dəbdən düşməyən kəsimlər arasındadır. Buna görə 2023-cü ildə aktual olacaq modellər sırasında bu kəsim də olacaq. Qatlar uzun saçlara bir hərəkətlilik qatacaq və müəyyən teksturalı formaya salacaq.

Bir neçə dəbdə olan saç kəsimini təqdim edirik:

# 25557
avatar

Sevinc Fərid

Oxşar yazılar