Toyda işıqlar söndü: Bacılar başqası ilə evləndilər
11 may 2022 14:01 (UTC +04:00)

Toyda işıqlar söndü: Bacılar başqası ilə evləndilər

Hindistanın Madhya Pradeş ştatında qəribə hadisə yaşanıb. 

Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, iki bacının birgə toy mərasimi zamanı işıqlar sönüb. 

Bundan sonra məmur mərasimi dayandırmayıb və davam etdirib. Amma qaranlıqda bacıları qarışdıran nikah məmuru gəlinləri bir-birinin bəyləri ilə evləndirib. 

Hadisə işıqlar yanandan sonra ortaya çıxıb. 

Gəlinlərin atası isə hər iki qızının qırmızı paltar geyinməsinin məmurda çaşqınlıq yaratdığını bildirib. 

# 5709
avatar

Sevinc Fərid

Oxşar yazılar