Rusiyanın ələ keçirilən  tankını  GƏLİN MAŞINI etdilər
18 aprel 2022 09:42 (UTC +04:00)

Rusiyanın ələ keçirilən tankını GƏLİN MAŞINI etdilər

Ukraynanın Sumi şəhərində Rusiya ordusundan ələ keçirilən “BTR-20” tipli zirehli tank gəlin maşını kimi istifadə edilib. 

Lent.az xəbər verir ki, Ukrayna ordusunda xidmət edən bir əsgər 5 illik münasibətindən sonra sevgilisinə evlilik təklifi edib.

Sevgilisindən “hə” cavabını alan əsgərin komandirləri onlara maraqlı hədiyyə ediblər. 

Belə ki, nikah mərasiminə cütlük Rusiya ordusuna məxsus tankla daxil olublar. Onlar tankı gəlin maşını kimi bəzəyiblər. 


 

# 4959
avatar

Sevinc Fərid

Oxşar yazılar