"Məni çox yordu"   - Vanda Naradan İkardi AÇIQLAMASI
22 may 2023 00:33 (UTC +04:00)

"Məni çox yordu" - Vanda Naradan İkardi AÇIQLAMASI

"Qalatasaray"ın ulduz hücumçusu Mauro İkardi həm şəxsi həyatı, həm də meydandakı performansı ilə gündəmdə qalmaqda davam edir.

Lent.az xarici mediaya istinadla bildirir ki, Vanda Nara İkardinin onu aldatması xəbərindən sonra açıqlama verib.

“Məni yordu”

Nara Argentina mətbuatına verdiyi açıqlamada bu söz-söhbətlərin indi onu yorduğunu bildirib.

“Mauroya hələ də inanıram”

İkardinin meneceri də olan Vanda Nara deyib: "Söhbətlər məni yorub. Düşünməyə və araşdırmağa vaxtım yoxdur. Mən hələ də Mauroya inanıram".

İki qızları var

2014-cü ildən birlikdə olan Vanda Nara və Mauro İkardinin 2 qızı var.

“Çarəsizdir, hər gün ağlayır”

Argentina mediası bu yaxınlarda iddia edib ki, Mauro İkardi planlaşdırıldığı kimi qızlarının Buenos-Ayresə getməsinə icazə verməyib. Argentina mətbuatında çıxan xəbərlərdə Vanda Naranın bu hadisədən sonra “O, çarəsiz qalıb hər gün ağlayır” açıqlamaları yer alıb.

Mauro İkardidən təkzib

Mauro İkardi daha sonra sosial media hesabında bu xəbəri təkzib edib. Ulduz hücumçu qızlarının Vanda Naranı gördüyünü, daha sonra İstanbula getdiklərini bildirib. İkardi "Vandanı 10 gün əvvəl məzuniyyətdə olanda görüb İstanbula getdilər" yazıb.


 
 

# 4590
avatar

Oxşar yazılar