Mahsun Kırmızıgülün keçmiş yoldaşının yeni sevgilisi  kimdir?
10 yanvar 2023 12:01 (UTC +04:00)

Mahsun Kırmızıgülün keçmiş yoldaşının yeni sevgilisi kimdir?

Mahsun Kırmızıgülün keçmiş həyat yoldaşı Ece Binayın türk kino ustadı Sadri Alışıkın nəvəsi ilə eşq yaşadığı iddia edilib.

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, onların dostca başlayan münasibətləri bir neçə müddət sonra sevgiyə çevrilib. İkili hazırda münasibətlərini gözdən uzaq yaşamağa üstünlük verir.

Onların artıq 3 aydır birlikdə olduğu bildirilir. Ece Binayın yaxın dostlarına “Çox xoşbəxtəm” dediyi də iddialar arasındadır.

Qeyd edək ki, müğənni, aktyor və rejissor Mahsun Kırmızıgül vəkil Ece Binay ilə 2016-cı ildə Amerikada nikah masasına oturmuşdu. Onlar 6 il davam edən evliliklərini ötən ilin aprelində bitiriblər.  İkilinin bu evlilikdən Lavin adlı bir qız övladı var.

Mahsun Kırmızıgül, Ece Binay və qızları Lavin

Sadri Alışık

# 3090
avatar

Oxşar yazılar