<b>İsmayıl Şıxlının <span style="color:red;">50 illik sirri </b>
27 aprel 2019 14:00 (UTC +04:00)

İsmayıl Şıxlının 50 illik sirri

Sevdiyimiz filmlərimizdən biridir. “Dəli Kür” filmi 50 ildir eyni maraqla baxılır. Əsər İsmayıl Şıxlınındır. Filmin çəkilməsi üçün ssenari yazmaq söhbəti düşəndə İsmayıl Şıxlının yaxın dostu İsa Hüseynov deyib ki, İsmayıl, ssenari yazmaq sənlik deyil.  Hüsü Hacıyev küçəsində bir həyətdə çoxlu yazıçı yaşayırdı. Biri bir hekayə yazan kimi həyətdə oturub onu müzakirə edirlərmiş. Ssenarini kimin yazması da belə müzakirəyə çıxarılıb.  Kinostudiyanın o vaxt baş redaktoru olan və “Nəsimi”, “Tütək səsi ” filmlərindən ssenari təcrübəsi olan İsa Hüseynov  İsmayıl Şıxlını prinsipə salıb. Köhnə dostların bu dialoqu İsmayıl Şıxlının ssenarini tez bir zamanda yazması ilə nəticələnib.  Sonradan İsa Hüseynov deyib ki, İsmayıla qalsa tənbəllik edib yazmayacaqdı, bilə-bilə belə etdim ki, tez yazsın.

 

Azərbaycan kişisinin obrazını gürcü oynaya bilməz

 

İlkin ssenariyə görə film iki seriyalı olmalı idi, özü də rəngli film.

Cahandar ağa obrazına uzun müddət aktyor axtarışı gedib. Gürcüstandan da aktyor dəvət olunub, hətta filmin rejissoru Hüseyn Seyidzadə aktyoru bəyənib də, amma “Azərbaycanfilm”in o vaxtkı rəhbəri Adil İsgəndərov belə bir Azərbaycan kişisi obrazına gürcü aktyorun çəkilməsinin qəti əleyhinə olub. Hətta vurğulayıb ki, fakturam uyğun gəlsəydi, özüm çəkilərdim, hayıf boyumun alçaq, enimin çox olması imkan vermir. Nəhayət, Gəncə teatrından Ələddin Abbasov tapılıb dəvət olunur.  

Obraza namizədlərdən biri olan aktyor Həsənağa Salayevin isə Cahandar ağa obrazı üçün özü deyil, səsi seçilir. Obrazı Ələddin Abbasov deyil, Həsənağa Salayev səsləndirir.

 

Filmin zibil yeşiyindən çıxan hissəsi

 

Əsərdə Cahandar ağanın iki oğlu var. Ssenariyə görə də iki olmalı idi. Moskva senzurası əvvəlcə filmi iki seriyadan birə endirib, filmi ağ-qara variantda çəkilməsinin üstündə durub. Açıqca da deyiblər ki, iki seriyalı rəngli film sizlik deyil. Cahandar ağanın iki oğlundan bir oğul düzəldiblər.

Film çəkilib, bütün “əl gəzdirmələrdən” sonra bir saat qırx dəqiqəlik film qalıb. Moskva bu dəfə də filmin üstündə mübarək əlini işə salıb.

Əsərə görə Cahandar ağa kazaklarla torpaq üstündə döyüşüb həlak olur. Ssenaridə də belə idi, filmdə də  belə çəkilmişdi. Mockva filmi məhz buna görə qəbul etmir. “Siz nə karəsiniz ki, bir nəfər kazaklara qarşı vuruşsun, özü də qəhrəman olsun”. Hüseyn Seyidzadə həmin yeri kəsib plyonkanı zibil yeşiyinə atır. Vaxt olmadığından başqa çəkilişlə əvəz etməyə də imkan vermirlər. Beləliklə, filmin sonluğu əcaib bir vəziyyət alır. Cahandar ağa elə-belə gəzdiyi yerdə havayı gülləyə gəlir. Guya Allahyarın gülləsinə.

Hüseyn Seyidzadənin kəsib zibil qutusuna atdığı hissəsini isə filmin operatoru Yuri Vornovski götürüb saxlayır. İllər sonra operator həmin hissəni film fonda qaytarıb. Bəzi telekanallar həmin hissəni əlavə etməklə nümayiş etdirirlər.

 

“Dəli Kür” necə “Ana Kür” oldu

 

İsmayıl Şıxlı yarım il filmin belə “əlgəzdirmələr”dən sonra ekranlara çıxmasına razı olmayıb. Çəkiliş qrupu İsmayıl müəllimdən xahiş edib ki, qoyun film prokata çıxsın zəhmət haqqımızı alaq. Buna görə yazıçı razılaşmalı olub.

 

Filmin əvvəlində Gülağa Məmmədovun ifa etdiyi məşhur “Ana Kür” mahnısı şeirdə “Dəli Kür”dür. Cahangir Cahangirov musiqini yazanda sözü musiqiyə yatmadığına görə dəyişib. “Dəli”, beləcə “Ana” olub.

Həmin mahnı verilən yerlə film başlayır, mahnı Kürə qovuşub axır. Axan yerdə Kürü necə çəkmək barədə çox düşünüb vertalyotla çəkməyi qərar alıblar. Vertalyot isə silkələndiyindən kadrın korlanması qorxusu var. Odur ki, Hüseyn Seyidzadə həmin çəkilişdə iştirak etməyib, bu riski İsmayıl Şıxlı, operator bir də pilot öz öhdələrinə götürüblər.  

Kadrın istənilən səviyyədə alınması üçün vertalyotun mühərriki ani dayandırılmalıdır. Belə halda isə qəza qaçılmazdır, pər daha ağır olduğundan vertalyot dərhal pərinin üstündə üzü aşağı çevrilir. Buna görə vertalyotda paraşütdən istifadə etməyin də yeri yoxdur. Üç nəfər bu riskə gedir və mükəmməl bir kadr alınır. 

 

Filmdə ilk dəfə Novruz bayramı təsvir olunub, özü də əhatəli.

 

Mollaxana epizodu çəkiləndə İsmayıl Şıxlının oğlu - bizə bu yazını hazırlamaqda yardımçı olan Elçin Şıxlı çəkilişlərə baxmağa gəlibmiş. Rejissor onu görən kimi deyib ki, qrimləyin gətirin bura onu. Beləliklə, “əqrəb” qışqırıb  dolaba çıxan Elçin Şıxlıdır.

 

Həmin uşaqlar arasında Qorxmaz Əlili, rejissor Cahangir Mehdiyev də var.

 

Yaradıcı qrupu bir daha xatırladıram:

 

Ssenari müəllifi : İsmayıl Şıxlı

Quruluşçu rejissor : Hüseyn Seyidzadə
 
Quruluşçu operator : İqor Boqdanov
 
Quruluşçu rəssam : Nadir Zeynalov
 
Bəstəkar : Cahangir Cahangirov
 
Səs operatoru : Akif Nuriyev
 
Rejissor : Ramiz Əliyev, Əbdül Mahmudov
 
Redaktor : İsa Hüseynov
 
Geyim rəssamı : Bədurə Əfqanlı
 
Qrim rəssamı : V. Arapov
 
Dekor rəssamı : T. Abdullazadə
 
Montaj edən : Y. Fomina
 
Quraşdırılmış səhnələrin operatoru : N. Xarbikov
 
Quraşdırılmış səhnələrin rəssamı : Eduard Abdullayev
 
Rejissor assistenti : Əşrəf Mamayev, M. Tağıyev
 
Operator assistenti : Yuri Varnovski
 
Mahnıların Mətninin Müəllifi : Rəfiq Zəka Xəndan(Rəfiq Zəka kimi), Tələt Əyyubov
 
Kamançada Çalır : Habil Əliyev
 
Filmin direktoru : Davud Zöhrabov
 
Xoreoqrafiya Müəllifi : Əlibaba Abdullayev(titrlərdə yoxdur)
 
Mahnı ifa edən : Gülağa Məmmədov(titrlərdə yoxdur)
 
 
Rollarda:
 
 
Ələddin Abbasov - Cahandar ağa
 
Eldar Əliyev - Rus Əhməd
 
Vladislav Kovalkov - Çernyayevski
 
Məlik Dadaşov - Molla Sadıq
 
Leyla Bədirbəyli - Zərnigar
 
Liya Eliava - Şahnigar
 
Zemfira Sadıqova - Mələk
 
Məmməd Bürcəliyev - Allahyar
 
Fikrət Əliyev - Şamxal
 
Ceyhun Mirzəyev - Osman
 
Reyhan Müslümova - Salatın
 
Zemfira İsmayılova - Pakizə
 
İsmayıl Osmanlı - Məmmədəli
 
Müxlis Cənizadə - Kipiani
 
Vladimir Belokurov - Semyonov
 
Vadim Qraçov - Polis rəisi
 
Ənvər Həsənov - Luka
 
Məmməd Əlili - Molla Səfi
 
Mirzə Babayev - Kəndli kişi
 
Nəsibə Zeynalova - Kəndli qadın
 
Muxtar Avşarov - Allahyarın dostu
 
Əhməd Əhmədov - Allahyarın dostu
 
 
 
Filmi səsləndirənlər:
 
 
Həsənağa Turabov-Çernyayevski (Vladislav Kovalkov) (titrlərdə yoxdur)
 
Sofa Bəsirzadə-Mələk (Zemfira Sadıqova) (titrlərdə yoxdur)
 
Sadıq Hüseynov-Allahyar (Məmməd Bürcəliyev) (titrlərdə yoxdur)
 
Elxan Ağahüseynoğlu-Mollaxana şagirdi (Cahangir Novruzov) (titrlərdə yoxdur)
 
Hüseynağa Sadıqov-Rus (titrlərdə yoxdur)
 
Səməndər Rzayev-Rus (titrlərdə yoxdur)
 
Həsən Əbluc-Kipiani (Müxlis Cənizadə) (titrlərdə yoxdur)
 
Həsən Məmmədov-Rus (titrlərdə yoxdur)
 

 

# 6972
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar

Sənubər İsgəndərova  və Ceyhun Mirzəyev "Fəryad" filmində

İsmayılın fəryadı, son hayqırtı, ikinci dəfə öldürülən Xocalı qurbanları – BİZİM FİLMLƏR

26 fevral 2021 , 10:40
Hamilə aktrisanın əri öldü, dəhşətli qəzanın qarşısı alındı, “Nərgiz xala” niyə qəzəbləndi? – Bizim filmlər

Hamilə aktrisanın əri öldü, dəhşətli qəzanın qarşısı alındı, “Nərgiz xala” niyə qəzəbləndi? – Bizim filmlər

19 avqust 2020 , 10:15
Yoxa çıxan “məbəd”, baş tutmayan partlayış, bəxtsiz sevgililərin aqibəti – “Ölsəm, bağışla...”

Yoxa çıxan “məbəd”, baş tutmayan partlayış, bəxtsiz sevgililərin aqibəti – “Ölsəm, bağışla...”

14 may 2020 , 12:13
Ölüm ayağında konsert, gözəl aktrisanı aldadan rejissor, qorxulu xəncər yarası... - “Bizim filmlər”

Ölüm ayağında konsert, gözəl aktrisanı aldadan rejissor, qorxulu xəncər yarası... - “Bizim filmlər”

28 aprel 2020 , 11:36
Yataq səhnəsinə etiraz edən xalq artisti, Oqtay üçün ağlayan Əsmər, nakam sevginin sonu... – BİZİM FİLMLƏR

Yataq səhnəsinə etiraz edən xalq artisti, Oqtay üçün ağlayan Əsmər, nakam sevginin sonu... – BİZİM FİLMLƏR

4 mart 2020 , 11:31
Moskvanın qadağası, Heydər Əliyevin dəstəyi, özünü asan vicdan... – Bizim filmlər

Moskvanın qadağası, Heydər Əliyevin dəstəyi, özünü asan vicdan... – Bizim filmlər

5 fevral 2020 , 16:43
O əjdahadan bizdə olsaydı, 43 dəfə baxardıq... – Məşhur filmin gizli qalan məqamları

O əjdahadan bizdə olsaydı, 43 dəfə baxardıq... – Məşhur filmin gizli qalan məqamları

24 dekabr 2019 , 10:00
Cins şalvarlı ərəb, ehtiraslı səhnəyə çəkilən türk qızı, söyüş söymək istəməyən azərbaycanlı professor... – “Bizim filmlər”

Cins şalvarlı ərəb, ehtiraslı səhnəyə çəkilən türk qızı, söyüş söymək istəməyən azərbaycanlı professor... – “Bizim filmlər”

7 dekabr 2019 , 13:00