Arvadı Cəbiş müəllimə xəyanət edibmi..? – <span style="color:red;">Film barədə həqiqət
23 iyun 2019 12:24 (UTC +04:00)

Arvadı Cəbiş müəllimə xəyanət edibmi..? – Film barədə həqiqət

“Allah ikinizin də bəlasını versin-sənin də, Hitlerin də…”

“- Ana, atamızı unutmuşuq

Atanız bizi unudub. Cəbiş, baları yetim qoymaq istəyirsən?”

“-Sən burda neyniyirsən?

-        Ay rəhmətliyin oğlu, adam burda neyniyər? Aç qapını bombalar töküldü başıma”.

“-Pulun var sənin?

-        Sənin yox, sizin.

-        Yaxşı, pulun var sizin?”

“Ay qız, Tanyə…”

“-Bizim uşağı görmədin?

-Uşağın olub bəyəm?

-Kül başuva, doğan vaxtımdı? Tanyəni deyirəm, əmanətdü, əmanət.”

“Xoşun gəlir? Gözləri yaşıldu?”

“Yəni ayda bir dəfə mənim arvadımla bazaar getməyə ixtiyarım yoxdu?”

 

Bu yerdə, ümumiyyətlə yazı boyu filmin adını çəkməsəm belə oxucu artıq sitatlardan bildi söhbət hansı filmdən gedir.

1969-cu ilin filmidir. 60-70-ci illər Azərbaycan ədəbiyyatının intibah dövrü olub. Həmin dövrdə kinoda, teatrda, rəssamlıqda, musiqidə, ümumiyyətlə mədəniyyətin bütün sahələrində ən gözəl əsərlər, ən peşəkar sənətkarlar meydana gəlib. Sevdiyimiz “şərikli çörək” də o illərin filmidir.  “Bizim Cəbiş müəllim” də.

"Müharibənin 1001-ci gecəsi" yoxsa “Bizim Cəbiş müəllim”

Film Maqsud İbrahimbəyovun "Müharibənin 1001-ci gecəsi" ssenarisi əsasında çəkilib. Maqsud və Rüstəm qardaşları qədər köhnə Bakı həyatını, insanlarının psixologiyasını bilən üçüncü adam az tapılar.

Hərbi kinopovestdəki hadisələr II Dünya müharibəsi illərində Bakıda cərəyan edir. Burada müharibə illərində qələbə naminə hər cür maddi çətinliklərə dözüb, ailəsini halal zəhmətlə dolandırmağa çalışan, vətənin azadlığını hər şeydən yüksək tutan sadə adamların mənəvi ucalığından söhbət açılır.

Böyük Vətən müharibəsində Azərbaycan neftinin nə dərəcədə böyük rol oynaması haqqında fikirlər ilk dəfə olaraq "Bizim Cəbiş Müəllim" filmində Nəcəfov obrazının dili ilə söylənilib.  Doğrudan da, bu filmdə rejissor Həsən Seyidbəyli filmin ssenari müəllifi Maqsud İbrahimbəyov  çox cəsarətli addım atıblar.  Nəcəfov obrazının dili ilə rusların xoşuna gəlməyən, daima nəzəratlərində saxladığı faktları aşkar ifadə ediblər. Böyük Vətən müharibəsində Sovetlər tərəfindən iştirak edən hər 1000 tankdan 700-nü, hər 1000 təyyarədən 700-nü yanacaqla Azərbaycan təmin edib. Bu fakt ilk dəfə "Bizim Cəbiş Müəllim" filmində aşkara çıxarıldı… Filmin çəkilişi başa çatdıqdan sonra Moskvaya göndərdilər. Həmişə olduğu kimi bu dəfə də Moskva filmin bir neçə epizodu ilə yanaşı, Nəcəfov obrazının dili ilə deyilən faktların çıxarılmasına göstəriş verir. Həsən Seyidbəyli gərgin mübahisədən sonra istədiyinə nail olur.

Həsən Seyidbəyli Makedonu təsadüfən tapmışdı

Rejissor Makedon rolunun ifaçısı  Aqil Ağacanovla bulvarda təsadüfən nərd oynayırmış.  Qarşısındakının rejissor olduğunu bilən Aqil onunla mərcə girir. Əgər rejissor uduzsa onu kinoya çəkəcək. Razılaşırlar. Nərddə uduzduqdan sonra Həsən Seyidbəyli sözünü tutaraq onu Makedon roluna sınağa çağırır. Aqil Ağacanov sınaqdan keçəndən sonra rejissor onu çağırıb deyir ki, səni zatən Makedon rolu üçün gözüm tutduğuna görə səninlə nərd oynamağa başladım. Gəldiyimiz mərc isə səndən çox mənim mənafeyimə xidmət edirdi.

“Çağırsa ellər gedərəm davaya” barədə həqiqət

“Bizim Cəbiş müəllim”ə dəfələrlə baxmış tamaşaçıların əksəri bu fikirdədir ki, “Çağırsa ellər gedərəm davaya” da Əliağa Vahidindir. Amma adı titrlərə düsməyən meyxana müəllifi  Molla Məhəmməddir.
Filmdə məhəllə uşaqlarının (Namiq, Makedon və s.) dediyi meyxananı səsləndirən də şairin özüdür.
73,5 dəqiqəlik “Bizim Cəbiş müəllim”ə Molla Məhəmmədin meyxanası necə daxil edilib?
Molla Məhəmməd – 1950-ci ildə Maştağa kəndində doğulmuş Məmmədqulu Əhmədovdur. “Molla Məhəmməd” təxəllüsünü ona oturub-durduğu, yaşından böyük kişilər veriblər. Məmmədquluda görüb-götürmək, eşitdiyini-oxuduğunu beş dəqiqədə qulağına sırğa etmək bacarığını duyanlar təxəllüs verməkdə yanılmayıblar. Bədahətən şeir demək (bədiyyə), əsasən də qəzəl yazmaq istedadı ilə Molla Məhəmməd tez bir zamanda kənddə məşhurlaşıb.
Onu Nəsibə Zeynalovanın oğlu Cahangirlə  yaxından tanışlığı filmə gətirib çıxardır. Bağ qonşusu idilər. Günlərin bir günü Cahangir uşaqlıq dostu Molla Məhəmmədin yazdığı “Çağırsa ellər, gedərəm davaya” meyxanasını anasına göstərir. Öz növbəsində, o da filmində müharibə illərinin canlı ab-havasmı yaratmağa çalışan Həsən Seyidbəyliyə. Meyxana kinorejissorun elə xoşuna gəlir ki, onun səsləndirilməsi də müəllifin özünə, yəni Molla Məhəmmədə həvalə edilir.

 

Bizim Süleyman Ələsgərov

 

Bizim iki Süleyman Ələsgərovumuz olub. Biri görkəmli bəstəkar, o biri aktyor. Cəbiş müəllim obrazının ifaçısı aktyor Süleyman Ələsgərovdur. İxtisasca həkim olmalı idi, çünki Tibb İnstitutunun üçüncü kursunda oxuyanda getdiyi teatr dərnəyindən Gənc Tamaşaçılar Teatrının aktyor ştatına müsabiqə yolu ilə işə götürülüb. Sənətə bağlandığından institutu atıb.  Ömür boyu Gənc Tamaşaçılar Teatrında işləyib.  “Hacı Qəmbər” tamaşasında Hacı Qəmbər obrazı gözlərim qarşısındadır, çünki yaşıma görə gördüyüm yalnız uşaq vaxtı həmin tamaşa olub. 34 filmə çəkilib. Cəbiş müəllim obrazı onun visit kartı sayılır. Deyilənə görə aktyor xasiyyətcə obraza çox bənzəyirmiş. 83 yaşına, yəni ömrünün sonuna  qədər

səhnədə olub. Ölümündən az əvvəl qrim güzgüsünü  gənc aktyor Elşən Rüstəmova həvalə edib. 1989-cu ildə dünyasını dəyişib.

Bu filmdəki roluna görə  xalq artisti 1970-ci ildə Minskdə IV Ümumittifaq kinofestivalında diploma layiq görülüb.   

 

Cəbişin arvadı

 

Fikir vermisiniz, filmdə obrazın adı belə də gedir, öz adı yoxdur-yalnız Cəbişin arvadıdır. Mentalitetin göstəricisidir. Lent.az-ın criminal yazarı Nizamın fantazyasın agörə guya Cəbişin arvadı ona xəyanət edir, özü də qonşu Əbülfəzlə.  Deyir hayıf Cəbiş kimi kişiyə arvadı xəyanət edir, rejissor guya bunu xırda detallarla işarə verib: “məsələn Əbülfəzin fürsətdən istifadə edib bazarda  qadının qolundan tutması, öz evində kürəyinə, əlinə toxunması buna işarədir.”

Yeri gəlmişkən, həmin o kürəyinə toxunduğu yerdən Moskva senzurası çox maraqlı bir epizpodu kəsib atıb. Həmin yerdə Cəbişin arvadı Əbülfəzi yun çubuğunun altına salıb qənşirin çıxardır. Hayıf ki, filmdə həmin yer yoxdur.

Şəfiqə Məmmədova bu obrazı əvəzsiz ifa edib. Yer qoymayıb ki, deyəsən başqa kimsə daha yaxşı ifa edərdi. 

# 9461
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar

Sənubər İsgəndərova  və Ceyhun Mirzəyev "Fəryad" filmində

İsmayılın fəryadı, son hayqırtı, ikinci dəfə öldürülən Xocalı qurbanları – BİZİM FİLMLƏR

26 fevral 2021 , 10:40
Hamilə aktrisanın əri öldü, dəhşətli qəzanın qarşısı alındı, “Nərgiz xala” niyə qəzəbləndi? – Bizim filmlər

Hamilə aktrisanın əri öldü, dəhşətli qəzanın qarşısı alındı, “Nərgiz xala” niyə qəzəbləndi? – Bizim filmlər

19 avqust 2020 , 10:15
Yoxa çıxan “məbəd”, baş tutmayan partlayış, bəxtsiz sevgililərin aqibəti – “Ölsəm, bağışla...”

Yoxa çıxan “məbəd”, baş tutmayan partlayış, bəxtsiz sevgililərin aqibəti – “Ölsəm, bağışla...”

14 may 2020 , 12:13
Ölüm ayağında konsert, gözəl aktrisanı aldadan rejissor, qorxulu xəncər yarası... - “Bizim filmlər”

Ölüm ayağında konsert, gözəl aktrisanı aldadan rejissor, qorxulu xəncər yarası... - “Bizim filmlər”

28 aprel 2020 , 11:36
Yataq səhnəsinə etiraz edən xalq artisti, Oqtay üçün ağlayan Əsmər, nakam sevginin sonu... – BİZİM FİLMLƏR

Yataq səhnəsinə etiraz edən xalq artisti, Oqtay üçün ağlayan Əsmər, nakam sevginin sonu... – BİZİM FİLMLƏR

4 mart 2020 , 11:31
Moskvanın qadağası, Heydər Əliyevin dəstəyi, özünü asan vicdan... – Bizim filmlər

Moskvanın qadağası, Heydər Əliyevin dəstəyi, özünü asan vicdan... – Bizim filmlər

5 fevral 2020 , 16:43
O əjdahadan bizdə olsaydı, 43 dəfə baxardıq... – Məşhur filmin gizli qalan məqamları

O əjdahadan bizdə olsaydı, 43 dəfə baxardıq... – Məşhur filmin gizli qalan məqamları

24 dekabr 2019 , 10:00
Cins şalvarlı ərəb, ehtiraslı səhnəyə çəkilən türk qızı, söyüş söymək istəməyən azərbaycanlı professor... – “Bizim filmlər”

Cins şalvarlı ərəb, ehtiraslı səhnəyə çəkilən türk qızı, söyüş söymək istəməyən azərbaycanlı professor... – “Bizim filmlər”

7 dekabr 2019 , 13:00