235
12:00
08 May 2009

Sumqayıtda vəhhabinin evindən silah götürülüb

Sumqayıtda dini təriqət üzvünün yaşadığı evdən silah-sursat aşkarlanıb.


Lent.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Daxil olmuş əməliyyat məlumatı əsasında DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən Sumqayıt şəhər sakini, vəhhabi dini təriqətinin xəvariclər qrupunun fəal üzvü Elçin Əvəzovun evinə baxış zamanı 2 ədəd qumbara, 1 ədəd alışdırıcı, meşə şəraitində yaşamaq üçün nəzərdə tutulmuş xüsusi geyim əşyaları, 50 ədəd gödəkçə, 48 ədəd şalvar və 25 ədəd yun gödəkçə aşkarlanaraq, götürülüb.