Zərdüşt Əlizadənin oğlu azadlığa buraxıldı
Politoloq Zərdüşt Əlizadənin oğlu Salur Əlizadə azadlığa buraxılıb.
Bu barədə APA-ya S. Əlizadənin vəkili Elçin Sadıqov məlumat verib. Məlumata görə, bu gün Nəsimi rayon Məhkəməsində hakim Səyyad Qafarinin sədrliyi ilə keçirilən prosesdə S. Əlizadəyə hökm oxunub. Məhkəmənin hökmü ilə S. Əlizadə Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlanma) maddəsi ilə təqsirli bilinərək 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Təqsirləndirilən şəxsin həbsdə qaldığı bir gün ona verilən cəzanın üç gününə hesablanaraq, 5 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Məhkəmə, həmçinin S. Əlizadənin məcburi müalicə olunması barədə də qərar çıxarıb və o, məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, S. Əlizadə yanvarın 21-də Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində həbs edilib. 1979-cu il təvəllüdlü S. Əlizadə Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından arıq miqdarda əldə etmə və saxlanma) ittiham olunub.

Oxşar yazılar

Göygöldə avtomobil piyadanı vurub öldürdü
20 iyul 2025 , 08:18
Kürdəmirdə KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: 17 nəfər xəstəxanaya yerləşdirildi-YENİLƏNİB
20 iyul 2025 , 07:14
Sumqayıtda münaqişə bıçaqlanma ilə nəticələndi
19 iyul 2025 , 22:04
Zuğulba şosesində maşın yandı, Mərdəkan istiqamətində sıxlıq yarandı
19 iyul 2025 , 20:59
Faciəli ÖLÜM: Kişi maqnit rezonans tomoqrafiya aparatında can verdi
19 iyul 2025 , 20:42
Mingəçevirdə tənha yaşayan qadının meyiti tapıldı
19 iyul 2025 , 19:28
Bakıda usta sexdə öldü
19 iyul 2025 , 18:00
İranda Məşhədə gedən avtobus aşdı, 21 nəfər öldü - VİDEO
19 iyul 2025 , 16:42