Xanədan savaşı, Əmirin qanlı yürüşləri, Hitlerin böyük günahı...  – Ağrının statistikası
03 dekabr 2020 17:27 (UTC +04:00)

Xanədan savaşı, Əmirin qanlı yürüşləri, Hitlerin böyük günahı...  – Ağrının statistikası

“Müharibə qadınlara və kişilərə eyni dərəcədə təsir göstərir. Bəzilərinin qanını, bəzilərinin isə göz yaşlarını alır”. Bu sözləri ingilis yazıçısı Uilyam Tekkerey deyib.

Ümumiyyətlə, tarixə nəzər salsaq görərik ki, müharibələrin hamısı insan ölümləri, faciələrlə yaddaşlara həkk olunur və silinməz iz salır. Ancaq unutmaq olmaz ki, azadlıq üçün mübarizə qaçılmazdır və təəssüf ki, müharibə itkisiz, qansız olmur.

Lent.az dünyada baş verən ən dəhşətli müharibələrlə bağlı araşdırma aparıb.

Beləliklə, dünyada ən çox itkilərlə yadda qalan 10 müharibə haqqında qısa məlumatları təqdim edirik:
Siyahıya liderliyi 1939-1945-ci illərdə baş verən II Dünya Müharibəsi edir. Belə ki, müharibə zamanı 73 milyondan (24 milyondan çox hərbi ölüm, 49 milyondan çox isə mülki ölüm) olması barədə məlumatlar var. 

İkinci yerdə Avropanın monqollar tərəfindən istilası (1206-1368) yer alır. Belə ki, müharibə nəticəsində ölü sayı 30 milyondan da artıq olub.

Çində 1616-1662-ci illərdə baş verən Qinq Xanədanlığının Min Xanədanlığını işğal etməsi isə 25 milyondan çox insan itkisi ilə nəticələnib. 

Bundan başqa, Çində 1851-1864-cü illərdə baş verən Taypin müharibəsi 20 milyondan çox insanın ölümünə səbəb olub.

Növbəti yerdə 1914-1918-ci illərdə baş verən və əksəriyyətimizin məlumatlı olduğu I Dünya Müharibəsi gəlir.

Müharibədəki itkilərlə bağlı müxtəlif məlumatlar var. Ümumilikdə isə itkinin 15 milyondan çox olması bildirilir. I Dünya Müharibəsi ilə bağlı əksər ölkələrin yaydığı statistikalarda isə faciənin 11 milyondan çox ölümə, 8 milyona yaxın isə itki ilə nəticələndiyi yer alır. Bununla yanaşı, müharibənin 19 milyona yaxın insanın yaralanmasına da səbəb olduğu bildirilir.

15 milyondan çox insan ölümünə səbəb olan hərbi yürüşlər isə 1369-1405-ci illərdə Əmir Teymurun başçılığı ilə həyata keçirilib.

755-763-cü illərdə Çində baş verən An Luşan müharibəsi isə 13 milyondan çox insan ölümünə səbəb olub. 
Növbəti yerdə də Çində baş verən digər müharibə yer alır. Belə ki, 1852-1877-ci illərdə “Dunqan üsyanı” adını alan faciədə 8 milyondan çox ölüm hadisəsi baş verib.

1917-1921-ci illərdə Rusiyada əsas döyüşlərin Qırmızı bolşevik ordusu ilə və Çara sadiq Ağ Qvardiyanın arasında getdiyi vətəndaş müharibəsində isə 6 milyondan çox ölüm qeydə alınıb.

Siyahıda sonuncu isə II Konqo müharibəsidir. Digər müharibələrdən fərqli olaraq, indiki dövrə daha yaxın tarixdə (1998-2003-cü illər) baş verən faciə nəticəsində 5 milyondan çox insan ölümü qeydə alınıb.

# 1213
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar