Bir koronavirus xəstəsi şəhərdə, biri uşaq bağçasının yanında tutuldu - FOTO
03 dekabr 2020 11:13 (UTC +04:00)

Bir koronavirus xəstəsi şəhərdə, biri uşaq bağçasının yanında tutuldu - FOTO

Cəlilabad və Masallıda COVİD-19 infeksiyasına yoluxmuş daha 2 nəfər rayon sakininin yaşayış yerini tərk etdiyi müəyyən edilib.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, Cəlilabad rayon sakini Mülayim Seydanova və Masallı rayonu Səmidxan kənd sakini Əli Məlikova COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib və onlara yaşayış yerini tərk etməmələri tapşırılıb

Masallı və Cəlilabad rayon polis şöbələri əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxslərin yaşayış yerlərini tərk etdiyi müəyyən edilib və M. Seydanov Cəlilabad şəhəri ərazisində, Ə.Məlikov isə Masallı rayonunun Səmidxan kəndindəki uşaq bağçasının qarşısında aşkarlanaraq yaşadıqları ünvanlara geri qaytarılıblar.

Həmin şəxslərin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün araşdırma aparılır.

# 898
avatar

Mehman Nəbiyev

Oxşar yazılar