Bakıda bu keçiddəki problem aradan qaldırılıb - FOTO
02 dekabr 2020 15:06 (UTC +04:00)

Bakıda bu keçiddəki problem aradan qaldırılıb - FOTO

Bu gün Moskva prospektinin 20 Yanvar küçəsi ilə kəsişməsində yerləşən yerüstü piyada keçidinin liftlərindən birində texniki nasazlıq yaranıb.

Bu barədə Lent.az-a açıqlama verən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli bildirib ki, nasazlıq əraziyə cəlb olunmuş təmir briqadası tərəfindən qısa müddət ərzində aradan qaldırılıb:

"Hazırda liftdən istifadə ilə bağlı hər-hansı bir məhdudiyyət yoxdur.

Qeyd edim ki, sözügedən liftlər fiziki məhdudiyyətli, uşaq arabası ilə hərəkət edən şəxslərin və yaşlı insanların istifadəsi üçün nəzərdə tutulub".

# 1093
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar