Evdə müalicə olunan koronavirus xəstələri ilə bağlı XƏBƏRDARLIQ
02 dekabr 2020 14:39 (UTC +04:00)

Evdə müalicə olunan koronavirus xəstələri ilə bağlı XƏBƏRDARLIQ

“Bu gün ev şəraitində müalicə alan xəstələrimiz infeksiya mənbəyidir”.

APA-nın məlumatına görə, bu gün keçirilən brifinqdə Azərbaycan Tibb Universitetinin professoru Akif Qurbanov deyib.

O bildirib ki, yoluxma sayının artmasında əsas faktor hazırda ailədaxili yoluxmalardır: “Ev şəraitində müalicə alanlar özlərini izolyasiya etməlidir. Əks halda, ətrafında olanların da yoluxması üçün şərait yaranır. Evdəki hər bir şəxs yoluxmuş xəstəyə ehtiyatla yanaşmalı, özünü tam mənada təcrid etməlidir”.

# 2410
avatar

Oxşar yazılar