Qonşu ölkədə epidemioloji vəziyyətlə bağlı komendant saatı tətbiq edilir
26 noyabr 2020 14:20 (UTC +04:00)

Qonşu ölkədə epidemioloji vəziyyətlə bağlı komendant saatı tətbiq edilir

Gürcüstanda epidemioloji vəziyyətin pisləşməsi ilə əlaqədar olaraq ölkə ərazisində noyabrın 28-dən yanvarın 31-dək sərbəst hərəkət saat 21:00-dan 05:00-dək məhdudlaşdırılıb.

APA-nın Gürcüstan bürosunun xəbərinə görə, müvafiq qərar Gürcüstan Baş nazirinin rəhbərliyi ilə fəaliyyət göstərən Qurumlararası Koordinasiya Şurası tərəfindən qəbul edilib.

Sərbəst hərəkətə gətirilən məhdudiyyətə yalnız yeni il bayramı ilə əlaqədar olaraq dekabrın 31-dən yanvarın 6-dək icazə veriləcək.

# 1366
avatar

Oxşar yazılar