Milli Qəhrəman "Topçu İsgəndər"in anası və qızı Azərbaycanı təbrik edib - VİDEO
25 noyabr 2020 16:19 (UTC +04:00)

Milli Qəhrəman "Topçu İsgəndər"in anası və qızı Azərbaycanı təbrik edib - VİDEO

Ahısqa türk əsilli Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi İsgəndər Aznaurovun (“Topçu İsgəndər”) anası Kamilə xanım və qızı Zuina xanım Azərbaycan xalqını qələbə münasibətilə təbrik edib.

Lent.az məlumat verir ki, Milli Qəhrəmanın anası Kamilə xanım ilk olaraq torpaqların işğaldan azad edilməsi münasibəti ilə Azərbaycan xalqını təbrik edib:

“Mənim oğlum 1993-cü ildə rəhmətə gedib və Şəhidlər Xiyabanında yatır. Şəhidlər Xiyabanında yatan bütün şəhidlərin ruhu şad olsun. Şad olsun ona görə ki, Azərbaycanın torpaqları işğaldan azad edilib. Azərbaycan torpağını heç kəs ala bilməz”.

Şəhid qızı Zuina xanım isə Azərbaycanın zəfərinə görə çox sevincli olduğunu dilə gətirib:

“Bütün Azərbaycan xalqı kimi biz Ahısqalılar da çox xoşbəxtik. Atamın orada şəhid olması məni daha da qürurlu edir. Oralara getmək, orada mütləq olmaq istəyərəm”.

# 3631
avatar

Oxşar yazılar