Azərbaycanda su sərfiyyatı Avropadan iki dəfə artıqdır - PROFESSOR
25 noyabr 2020 12:26 (UTC +04:00)

Azərbaycanda su sərfiyyatı Avropadan iki dəfə artıqdır - PROFESSOR

Ölkə ərazisində mövcud olan su çatışmazlığı və su anbarlarında yaranmış vəziyyətlə əlaqədar Prezident İlham Əliyev tərəfindən “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalanıb. Sənədə əsasən, 2020-2022-ci illər üçün Tədbirlər Planı təsdiq edilib və müvafiq dövlət qurumlarına tapşırıqlar verilib.

Lent.az AMEA-ya istinadən xəbər verir ki, Mikrobiologiya İnstitutunun direktor müavini, AMEA-nın müxbir üzvü Pənah Muradov bu barədə danışıb.

O bildirib ki, iqlim dəyişikliyi səbəbindən su ehtiyatlarının azalması və adambaşına düşən su sərfiyyatının Avropa ilə müqayisədə iki dəfə artıq olması, həmçinin əhalinin sayının artması kimi səbəblərdən dolayı su ehtiyatlarından səmərəli istifadə zəruridir.

 

# 1306
avatar

Aygün İbrahimli

Oxşar yazılar