Spikerdən Kəlbəcərin işğaldan azad olunması ilə bağlı paylaşım
25 noyabr 2020 10:51 (UTC +04:00)

Spikerdən Kəlbəcərin işğaldan azad olunması ilə bağlı paylaşım

Milli Məclisin sədri Sahibə Qafarova Kəlbəcərin işğaldan azad olunması ilə bağlı paylaşım edib. 

APA-nın məlumatına görə, paylaşımda bildirilib ki, bu gün Şanlı Azərbaycan Ordusu 1993-cü ildən bu yana erməni tapdağı altında qalan Kəlbəcər şəhərimizə daxil olub. 

S.Qafarova bununla da Azərbaycan Resbublikasının BMT Təhlükəsizlik Şurasının daha bir sənədini - 27 ildən çoxdur icra olunmayan 822 saylı qətnaməsini icra etmiş olduğunu qeyd edib: “Yaşasın Ali Baş Komandan, yaşasın Şanlı Ordumuz, yaşasın Azərbaycan!

Bütün Azərbaycan xalqının gözü aydın olsun, hər birinizi təbrik edirəm. Qarabağ Azərbaycandır!”

# 1186
avatar

Oxşar yazılar