Maska taxmayanlar məsuliyyətə cəlb olundu - FOTO
24 noyabr 2020 15:49 (UTC +04:00)

Maska taxmayanlar məsuliyyətə cəlb olundu - FOTO

Qaxda karantin qaydalarına nəzarət-profilaktik tədbirlər davam etdirilir.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, polis əməkdaşları ərzaq satışı ilə məşğul olan mağazalarda, apteklərdə, ATM-lərin qarşısında, eləcə də açıq ictimai məkanlarda reydlər keçirir. Karantin rejiminin tələbləri vətəndaşların diqqətinə çatdırılır və koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə bu qaydalara riayət etmələrinin vacibliyi vurğulanır.

Qaydaları pozan, tibbi maskadan istifadə etməyən və yaxud tələb olunan normalara uyğun şəkildə taxmayanlar aşkarlandıqda qanunvericiliyə uyğun olaraq, onlar inzibati məsuliyyətə cəlb olunurlar.

# 1237
avatar

Mehman Nəbiyev

Oxşar yazılar