Daha bir şəhid müəllimimiz
24 noyabr 2020 15:47 (UTC +04:00)

Daha bir şəhid müəllimimiz

Lənkəran şəhərindəki S.Kazımbəyov adına 6 nömrəli tam orta məktəbdə gənclərin çağırışaqədərki hazırlığı fənnini tədris edən Etiram Hüseynli Qubadlıda gedən döyüşlərdə şəhid olub.

Bu barədə Lent.az-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, o, 23 il pedaqoji fəaliyyətlə məşğul olub.

Təhsil Nazirliyinin rəhbərliyi və kollektivi şəhidimizə Allahdan rəhmət diləyir, yaxınlarına dərin hüznlə başsağlığı verir.

# 1684
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar