Bakıda rayon sakinini avtomobil vuraraq öldürdü
21 noyabr 2020 15:46 (UTC +04:00)

Bakıda rayon sakinini avtomobil vuraraq öldürdü

Qaradağda yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mərbuat xidmətindən Lent.az-a bildirilib ki, noyabrın 20-də saat 21 radələrində Qaradağ rayonunun Səngəçal qəsəbəsi ərazisində qəsəbə sakini Ş.Dostəliyev idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən Ağdaş rayon sakini Zakir Quliyevi vurub. Nəticədə piyada aldığı xəsarətlərlə xəstəxanaya aparılarkən yolda ölüb.

Qaradağ RPİ tərəfindən araşdırma aparılır.

# 1603
avatar

Oxşar yazılar