348
18:35
19 Noyabr 2020

Özünüməşğulluq proqramına cəlb edilən əlillərin SAYI

Bu ilin ötən dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən 1600-dək əlilliyi olan şəxs həmin proqrama cəlb olunub.

Nazirlikdən Lent.az -a daxil olan məlumata görə, bu kateqoriyadan olan şəxslərin proqrama cəlb edilməsi prosesi hazırda da davam edir.

Proqramda həssas qruplardan biri olan əlilliyi olan şəxslərə üstünlük verilir. Onlar seçdikləri iqtisadi fəaliyyət növləri üzrə və biznes planlarına uyğun mal və materiallar formasında aktivlərlə təmin olunurlar.

Eyni zamanda, BMT İnkişaf Proqramı ilə birgə icra olunan “Əhalinin sosial

cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması” layihəsi üzrə isə daha 500 nəfər əlilliyi olan şəxsin aktivlər verilməklə kiçik biznesi qurulur. BMT-nin İnkişaf Proqramı və BMT-nin Əhali Fondu ilə birgə Nazirliyin icra etdiyi layihənin əsas istqiamətlərindən biri kimi də əlilliyi olan şəxslərin özünüməşğulluğunun dəstəklənməsi işləri aparılır.

Dİgər xəbərlər