"Dünyada koronavirusa qarşı tam hazır peyvənd yoxdur” - TƏBİB
19 noyabr 2020 14:47 (UTC +04:00)

"Dünyada koronavirusa qarşı tam hazır peyvənd yoxdur” - TƏBİB

“Hələ dünyada koronavirusa qarşı tam hazır peyvənd yoxdur”.

APA-nın məlumatına görə, bunu Operativ Qərargahın üzvü, TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva  deyib.

Y. Qarayeva bildirib ki, bir neçə peyvənd hazırda 3-cü sınaq mərhələsindədir: “Hazırda tam şəkildə bütün mərhələləri bitirmiş və ÜST tərəfindən təsdiq olunmuş peyvənd yoxdur. Ancaq 2-3 peyvənd namizəd var ki, onların nəticələri müsbət kimi qiymətləndirilir”.

# 1186
avatar

Oxşar yazılar