528
14:44
19 Noyabr 2020

Koronavirus İranda daha 476 nəfəri öldürdü

İranda ötən sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasından 476 nəfər ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari bildirib.

Onun sözlərinə görə, İranda bununla da koronavirusdan ölənlərin sayı 43 417 nəfərə çatıb.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 13 223 nəfər koronavirusa yoluxub. Beləliklə İranda koronavirusa yoluxanların sayı 815 117 nəfərə yüksəlib.

İranda indiyədək 583 704 nəfər koronavirusdan sağalıb. Koronavirus daşıyıcılarından 5 729 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Dİgər xəbərlər