701
17:38
17 Noyabr 2020

Fransalı jurnalistlər bir neçə məşhuru “dəfn etdilər”

Fransanın Radio France Internationale radiosunun saytında hələ həyatda olan bir neçə məşhur insanın nekroloqları təsadüfən yayımlanıb.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, “dəfn olunanlar”ın siyahısına Böyük Britaniyanın kraliçası II Yelizaveta, amerikalı aktyor və rejissor Klint İstvud, braziliyalı futbolçu Pele, fransalı aktrisa Bricit Bardo, ABŞ-ın keçmiş prezidenti Cimmi Karter, kubalı inqilabşı Raul Kastro və İranın ali dini lideri Əli Hamneyi düşüblər.

Ümumilikdə yüzə yaxın nekroloq çap olunub. Radio stansiyanın nümayəndələri nekroloqların nəşrinin texniki səhv olduğunu bildiriblər. Jurnalistlərin fikrincə, problem saytın başqa bir idarəetmə sisteminə köçürülməsi zamanı yaranıb.

Radionun əməkdaşları bu yanlışlığa görə adları çəkilən şəxslərin hamısından üzr istədiklərini də vurğulayıblar.

BBC isə qeyd edir ki, yayımçılar və media qurumları məşhur simaların ölümü elan edildikdən dərhal sonra dərhal dərc olunmaları üçün əvvəlcədən nekroloqlar hazırlayırlar.

Dİgər xəbərlər