319
03:04
17 Noyabr 2020

Britaniyalı diplomat suda boğulan qızı belə xilas etdi - VİDEO

Britaniyalı diplomat Stiven Ellison Çinin Çjunşan şəhərində olarkən suda boğulmaq üzrə olan 24 yaşlı tələbəni xilas edib.

APA xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.

Sosial şəbəkələrdə də yayılan videogörüntülərdən qızın suya necə düşdüyünü görmək olur və bundan sonra o, huşunu itirir. Kadrlardan, həmçinin qızı görən, lakin heç bir tədbir görməyən insanların da səsi eşidilir.

Böyük Briyaniyanın Çinin Çuntsin şəhərindəki baş konsulu, 61 yaşlı S.Ellison bu vaxt suya atılıb və tələbəni sudan çıxarıb.

Dİgər xəbərlər