117
11:36
12 Noyabr 2020

Rusiya helikopterləri Qarabağda sülhməramlı əməliyyatlara cəlb olunacaq

Rusiya Aerokosmik Qüvvələrinin Mi-8 və Mi-24 helikopterləri Dağlıq Qarabağda münaqişə zonasında hərbi əməliyyatların dayandırıldığı rayonlara nəzarət edəcək.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə bu gün Rusiya Müdafiə Nazirliyindən jurnalistlərə məlumat verilib.

Bildirilib ki, helikopterlər sülhməramlı əməliyyatlar zamanı Dağlıq Qarabağda atəşkəsə nəzarət bölgəsində havadan monitorinqini həyata keçirəcəklər.

Qeyd olunub ki, helikopterlər həmçinin sülhməramlı qüvvələrin maddi-texniki təminatı və şəxsi heyətinin çətinliklə gedilə bilən rayonlara çatdırılmasına da cəlb olunacaqlar.

Helikopterlər An-124 “Ruslan” hərbi-nəqliyyat vasitələrində İrəvanda aerodroma göndərilib.

Dİgər xəbərlər