131
writer1

Səbuhi Məmmədli

Məqalə sayı : 444

15:02 11 Noyabr 2020

Neytral Rusiya, süqut edən rejim, evlərinə dönən azərbaycanlılar

Hamının gözlədiyi baş verdi: Ermənistan kapitulyasiya ilə razılaşmalı oldu. Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın Baş nazirinin birgə imzaladıqları bəyanat mahiyyət etibarilə Ermənistanın kapitulyasiyasıdır. Beləliklə, Prezident İlham Əliyevin münaqişənin ilk günlərindən bəyan etdiyi şərtlər qəbul edildi. Regionda Azərbaycanın maraqlarına cavab verən yeni siyasi reallıq yarandı. Yekun nəticədə Azərbaycan vətəndaşlarının 30 ilə yaxın davam edən torpaq həsrətinə son qoyuldu.
 
İkinci Qarabağ müharibəsi təkcə yeni texnologiyaların tətbiqi, Azərbayan əsgərinin misilsiz qəhrəmanlıqlarıyla yadda qalmadı. Azərbaycan, dövlətimizin başçısının timsalında dünyanın informasiya məkanınında düşmənin bütün təxribatlarının qarşısını aldı, ağır geosiyasi vəziyytədə inamlı diplomatik qələbələr qazandı.

Azərbaycan dünyanın hegemon dövlətlərini, onların başçılarını inandıra bildi ki, o haqq yolundadır, bütün təziyqlərə rəğmən bu yoldan çəkilməyəcək.

Rusiya dövləti və rəhbərliyi də əvvəlki dövlərdən fərqli olaraq, bu dəfə münaqişədə neytral mövqe tutdu və  Azərbaycanın haqq işinə mane olmadı. Ən pis gözləntimiz o idi ki, Rusiya Ermınistana yardım göstərə bilər. Amma bu, olmadı. Səbəb də zamanında Rusiya ilə qurulmuş strateji tərəfdaşlıq münasibətləri, iki ölkə başçısı  arasında səmimi dostluq münasibəti idi.

Artıq illərdir ki, Rusiya və Azərbaycan strateji tərəfdaş kimi, bir çox regional iqtisadi-siyasi məsələlərdə iştirak edirlər. Rusiya şirkətləri Azərbaycanda səmərəli fəlaliyyət göstərirlər, ölkəmizin iqtisadiyyatına sərmayə yatırırlar. Son illər Rusiyadan tiristlərin axını Azərbaycanda turizmin inkişafına olduqca müsbət təsir göstərir. 

Azərbaycan Rusiya ilə hərbi sahədə sıx əməkdaşlıq edir. Unutmaq lazım deyil ki, Azərbaycan ordusunun arsenalındakı  tanklar, top, atıcı silahları, mərmilərinin böyük hissəsi məhz Rusiya istehsalıdır.

Əslində Rusiya sülhməramlılarının Qarabağda yerləşdirilməsi Ermənistan tərəfinin Azərbaycanı guya etnik təmizləmələrdə törətməkdə ittiham etməsi ehtimalını da sıfıra endirir. Artıq sirr deyil ki, ermənilər az sayda mülki əhali saxlayaraq həmin ərazilərə daxil olan hərbçilərimizi soyqırımında ittiham etmək və kampaniyaya başlamaq istəyirdilər. Rusiya sülhməramlılarının daxil olması bu təhlükəni sovuşdurdu. 

Rusiya sülhməramlılarının Azərbaycanda olması müddəti məhz Azərbaycanın iradəsindən irəli gəlir. Müddət başa çatandan sonra Azərbaycan yox deyərsə, Rusiya sülhməramlılarını ərazidən çıxartmağa məcbir olacaq. 

Burda bir məqamı da unutmayaq ki, indiyədək iki dəfə Azərbaycandan xarici dövlətin silahlı qüvvələri çıxarılıb, bu istiqamətdə böyük diplomatik təcrübəmiz var.

Və nəhayət, unutmayaq ki, açıq ermənipərəst mövqe sərgiləyən Fransadan fərqli olaraq, Rusiya məsələ ilə bağlı neytral mövqedə dayandı.

Artıq Dağlıq Qarabağdakı qondarma rejim də olmayacaq. Ərazilər tam olaraq Azərbaycanın nəzarəti altına keçir və burada Azərbaycanın qanunları işləyəcək, pozulmuş beynəlxalq hüquq bərpa olunacaq. Doğma torpaqlarından didərgin düşmüş soydaşlarımız geri dönəcək, orada yaşayacaq.