77
18:52
10 Noyabr 2020

Xüsusi xidmət orqanları üçün messencerlərdə şifrlənmiş yazışmalara GİRİŞ İMKANI

Avropa Birliyinin səlahiyyətli nümayəndələri terrorizmlə mübarizə üçün xüsusi xidmət orqanlarının şifrlənmiş kommunikasiya texnologiyalarına giriş imkanını genişləndirən qətnaməni müzakirə edəcəklər.

Lent.az xəbər verir ki, bu haqda noyabrın 13-də AB-nin daxili işlər nazirlərinin görüşündə hazırlanmış sənəd layihəsində əks olunub.

Bəyanatda AB hökumətləri üçün messencer və sosial şəbəkələrdəki şifrlənmiş mesajlara giriş imkanını təmin edən tədbirlər təsvir edilir:

Fransa və Avstriyada bu yaxınlarda baş vermiş terror aktları terrorizmi AB-nin siyasi gündəliyində yenidən ön plana qaytardı. Bu baxımdan rəqəmli məlumatlara giriş daha da vacib hala çevrilib. / “ictnews”

Dİgər xəbərlər