42
09:17
08 Noyabr 2020

İki rayonda ev yanıb

Hacıqabul və Sabirabad rayonlarında yanğın olub.

Fövqəladə HallarNazirliyindən Lent.az -a verilən məlumata görə, Hacıqabul rayonunun Atbulaq kəndində ümumi sahəsi 140 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Sabirabad rayonunun Qaragüney kəndində də ev yanıb. Məlumata görə, ümumi sahəsi 250 m² olan kürsülü birmərtəbəli evin yanar konstruksiyaları 110 m² sahədə və ev əşyaları qismən yanıb. Evin qalan hissəsi, bitişik talvar və köməkçi tikili yanğından mühafizə olunub.

Hər iki yanğın söndürülüb.

Dİgər xəbərlər