82
19:26
06 Noyabr 2020

"Ermənistan işğal etdiyi ərazilərdə Azərbaycanın bütün izlərini silmək istəyib" - Hikmət Hacıyev

"Azərbaycanın işğaldan azad olunan Füzuli bölgəsində qəbiristanlıq ermənilər tərəfindən tamam dağıdılıb. Onlar hətta qəbiristanlıqları belə vandalizm və barbarlığa məruz qoyublar".

Lent.az -ın xəbərinə görə, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter"də bildirib.

O qeyd edib ki, işğaldan azad olunmuş torpaqlara əyani baxış keçirməklə Ermənistanın müharibə cinayətləri ilə bağlı daha çox fakt aşkarlanacaq: "Ermənistan işğal etdiyi ərazilərdə Azərbaycanın bütün izlərini silmək istəyib".

Dİgər xəbərlər